“Buranı müəlimim məsləhət gördü” | Xarici tələbə
![“Buranı müəlimim məsləhət gördü” | Xarici tələbə “Buranı müəlimim məsləhət gördü” | Xarici tələbə](https://azvision.az/photos/2025/02/cjan-min-1738764235.jpg)
- Vətənimdən uzaqda yerləşən Azərbaycan universitetini seçməyimin səbəbi müstəqil olmaq – qarşıma məqsəd qoyub, onlara nail olmaq istəyimdir. Burada çoxlu dostlar qazanmışam. Qrup yoldaşlarım əvvəlcə çox rəsmi olsalar da, sonradan hər dəfə çətinliklə üzləşəndə mənə kömək etdilər. İmtahanlardan yaxşı qiymət alanda mənə görə sevindilər. Sonra burada çinli dostlara rast gəldim. Onarla münasibət saxlayıram.
- Tədrisin səviyyəsini necə qiymətləndirirsiniz? Sevdiyiniz fənn, müəllim varmı?
- Hər bir müəllimi çox sevirəm. Müəllimlər ciddi və məsuliyyətlidirlər, hər bir şagirdlə maraqlanırlar, bizimlə çox yaxşı anlaşırlar. Rus dili dərslərini çox sevirəm. Ən sevdiyim fənlər menecment və beynəlxalq biznesdir.
- Universitetdə dərsdən azad vaxtlarında nə ilə məşğul olursan?
- Həyatım çox sadədir. Həftə sonları kitabxanaya gedirəm, sonra parkda gəzirəm və özümə dadlı şam yeməyi bişirmək üçün yataqxanaya qayıdıram. Ailəmə hər gün videozənglər edərək, hal-əhval tutur, son vaxtlar baş verənlər haqda məlumat verirəm. Bəzən rəqs məşqləri də edirəm.
- Bir az da Bakı haqqında danış. Sənin üçün hansı müsbət və mənfi cəhətləri var? Mənzil, qazanc yeri tapmaq çətin olmadı ki, nəqliyyat sistemi rahatdırmı?
- Bakıda çox şey yaşadım və bura çox xoşuma gəldi. Çindəkindən fərqlənən sadə və isti insanlar, mədəniyyət və adətlər məni çox cəlb edir.
Universitetdə yataqxanada yaşayıram, kirayə mənzil tutmağa çalışdım, ancaq əcnəbi tələbələr üçün bu asan deyil. Ev sahibləri qisa müddətə və ya əcnəbilərə mənzil kirayə vermək istəmirlər.
Dil və akademik səbəblərə görə biz adətən yarımştat işləmirik.
Nəqliyyat sadədir və mən adətən taksidən istifadə edirəm, çünki olduğum hər yerə nisbətən daha ucuzdur.
Rolan Yusufov
AzVision.az
“Ölkəmdə ilk olacağam” | Xarici tələbə
“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə
“Bura həqiqətən yaxşıdır” | Xarici tələbə
“Arzu edirəm, dostluğumuz əbədi olsun” | Xarici tələbə
“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə
“Bakı yeni estetika yaradıb” | Xarici tələbə
Teqlər: Xarici-tələbə